Fərhad Xəlilov: Bu gördüyüm sərgilərdən ən gözəlidir

Fərhad Xəlilov: Bu gördüyüm sərgilərdən ən gözəlidir
  26 Yanvar 2014    Oxunub:3267
Məryəm Ələkbərlinin yaratdığı əsərlərin hamısı bu istedadlı gənc rəssamın öz təbiəti, dünyası və fəlsəfəsidir.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu sözləri Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisində iştirak edən Xalq Rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, sərgidə nümayiş olunan bütün işlər çox yüksək səviyyədədir. Mən onun bir neçə sərgisini görmüşəm. Hesab edirəm ki, təbiət Məryəmi elə yaratmışdır ki, onun öz əsərlərini yaratmağında heç bir çətinliyi yoxdur. Onun əsərləri təbii yaranır. Ən əsası odur ki, Məryəm Ələkbərli bir rəssam kimi tamamilə azaddır. İnsan ancaq uşaqlıqda sərbəst və azad olur. İllər keçdikcə, insan o sərbəstliyi axtarır, çox çətin yollarla o sərbəstliyə yaxınlaşır. İstedadlı gənc rəssam Məryəm Ələkbərli isə artıq belə bir sərbəst vəziyyətdə yaşayır və yaradır. Bu sərgi, gördüyüm sərgilərdən ən gözəlidir.


Teqlər:





Xəbər lenti