Göyçayın ucqar kəndlərində xeyriyyə aksiyası

Göyçayın ucqar kəndlərində xeyriyyə aksiyası
  26 Yanvar 2014    Oxunub:1364
Göyçayın ucqar kəndlərində əhalinin sağlamlığının qorunması üçün profilaktik müayinələr aparılır.
Göyçay Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Alpoud kəndində sakinlərin profilaktik müayinəsi həyata keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, rayon mərkəzindən 35 kilometr aralıda yerləşən Alpoud kəndində təşkil olunan xeyriyyə aksiyası zamanı səhhətində problemi olan sakinlərin müayinəsi aparılmışdır. Sonra terapevt, ginekoloq, pediatr, kardioloq, nevropatoloqlar sakinlərin səhhətinə dair şikayətlərini dinləmiş, onlara müalicələr təyin etmişlər. Aşkar edilən xəstəliklərlə əlaqədar sakinlərin bir qrupu stasionar və ambulator müalicəyə cəlb olunub. Kənd sakinləri profilaktik müayinədən razı qalıblar.

Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə yanvar və fevralda daha 5 ucqar kənddə əhalinin müayinəsi üçün bu cür xeyriyyə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Ötən il rayonun 10 ucqar kəndində əhalinin sağlamlığının qorunması üçün profilaktik müayinələr aparılıb.


Teqlər:





Xəbər lenti