Türkiyəni 600 min azərbaycanlı turist ziyarət edib

Türkiyəni 600 min azərbaycanlı turist ziyarət edib
  26 Yanvar 2014    Oxunub:1075
Ötən il Türkiyəni 600 min azərbaycanlı turist ziyarət edib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğ üzrə müşavirliyi Bakıda qardaş ölkənin turizm imkanları ilə bağlı toplantı keçirib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən nümayəndələrinin iştirakı ilə təşkil edilən toplantıda qardaş ölkənin bu sahədəki təcrübəsi müzakirə olunub.

Türkiyəyə ziyarət edən azərbaycanlı turist sayını artırmaq məqsədilə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, ötən il 600 min azərbaycanlı turist qardaş ölkəni ziyarət edib. 2014-cü ildə isə bu rəqəmin artırılması planlaşdırılır.

Türkiyənin alternativ turizm sahələrindən bəhs olunan tədbirdə qardaş ölkədə səhiyyə və termal turizm sahələrinin inkişaf etdiyi xüsusilə qeyd edilib.

Toplantıda azərbaycanlı turistlərin sayını artırmaq məqsədilə gələcəkdə mədəniyyət sahəsində tədbirlərin həyata keçiriləcəyi də diqqətə çatdırıldı.


Teqlər:  





Xəbər lenti