Yaponiya Hindistana iki milyard kredit ayırır

Yaponiya Hindistana iki milyard kredit ayırır
  26 Yanvar 2014    Oxunub:1042
Yaponiya və Hindistan qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcək.
AzVision.az xəbər verir ki, Yaponiyanın və Hindistanın liderləri iki ölkə arasında iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı möhkəmləndirəcək.

Yaponiyanın Baş naziri Şinzo Abe və Hindistanın Baş naziri Manmohan Sinqh Dehlidə keçirilmiş sammit zamanı birgə bəyanatla çıxış ediblər.
Bəyanatda deyilir ki, Yaponiya Hindistana metropoliten sisteminin təkmilləşdirilməsi və bərpa olunan enerji mənbələrinin tətbiqi məqsədilə iki milyard dollar kredit ayıracaq.

Hər iki ölkənin lideri Yaponiyanın Milli Təhlükəsizlik Şurasının katibliyinin rəhbəri ilə onun hindistanlı həmkarı arasında müntəzəm məsləhətləşmələr aparılmasının təmin olunmasına çalışacaqlarını vəd ediblər.

Görüşdə ötən ilin sonlarında Çinin Şərqi Çin dənizində yeni hava hücumundan müdafiə zonasını elan etməsi məsələsinə xüsusi diqqət yetirilmişdir. Tərəflər mülki aviasiyanın və naviqasiyanın sərbəst hərəkəti ilə bağlı beynəlxalq qanunların tətbiqinin vacibliyini vurğulayıblar.


Teqlər:





Xəbər lenti