Yanvarın 26-na olan hava proqnozu

Yanvarın 26-na olan hava proqnozu
  26 Yanvar 2014    Oxunub:2954
Yanvarın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir havanın yağıntılı olacağı, əsasən gecə saatlarında yarımadanın bəzi yerlərində yağışın sulu qarla yağması ehtimalı vardır.

Temperatur gecə 0-2°, gündüz 4-7° isti, Bakıda gecə 0-2°, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir.

Temperaturu gecə 3-8°, bəzi yerlərdə 10-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimal olunur.

Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti təşkil edəcəkdir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 5-9° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 13-18°, gündüz 0-5° şaxta təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir.

Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Temperatur gecə 0-4°, gündüz 4-8° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-4° isti təşkil edəcəkdir.


Teqlər:  





Xəbər lenti