Qurban Yetirmişli: Ən aktiv seysmik zona Şamaxıdadır

Qurban Yetirmişli: Ən aktiv seysmik zona Şamaxıdadır
  26 Yanvar 2014    Oxunub:2070
Geologlar həyəcan təbili çalır.
Respublikanın seysmik zonası sayılan Şamaxıda hər gün yeraltı təkanlar qeydə alınır.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirir ki, Azərbaycan ərazisinin 2013-cü ildə seysmik xüsusiyyətləri haqqında keçirilən konfransda Şamaxının ən aktiv seysmik zona olduğu bidirilib.

Təkçə 2013-cü ilin dekabr ayının 18-22 tarixlərində Şamaxı və İsmayıllı rayonları ərazində ümumilikdə 100 dən çox kiçik yeraltı təkanlar qeydə alınıb. Nəticədə bu rayonların ərazisində bir sıra sürüşmələr baş verib. Yerin daxilində gedən proseslər, zəlzələ ocaqları, vulkanlar, onların yaranma səbəbləri, bu sahədə aparılan tədqiqatlar, zəlzələölçmə cihazlarının funksiyaları, kosmosda gedən proseslər, Yer planetinə komet, asteroid və meteroit təhlükəsi barədə məlumatlar verilib.

Ötən il Azərbaycanda 24 hiss olunan zəlzələ baş verib ki, onlardan 6-sı Şamaxıda qeydə alınıb.


Teqlər:





Xəbər lenti