Bakıda bina çökdü, ölənlər var - FOTO, YENİLƏNİB

Bakıda bina çökdü, ölənlər var  -  FOTO, YENİLƏNİB
  25 Yanvar 2014    Oxunub:1351
Bakıda sökülməkdə olan bina çöküb - ölənlər var.
Bu saatlarda Bakıda faciə baş verib. AzVision.az musavat.com-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində, metronun "Nəriman Nərimanov" stansiyasına yaxın ərazidə sökülməkdə olan bina qəfildən uçub. Hadisə şahidləri deyib ki, əslində bina həyətə doğru uçurulmalıymış. Ancaq yola doğru uçub. İlkin məlumatlara görə, uçqunun altında yolda hərəkət edən avtomobillər qalıb, ölənlərin olduğu iddia edilir.

Son məlumat da budur ki, uşqunun altında piyada hərəkət edən vətəndaşlardan da var. Bu faktı FHN də təsdiq edib. Hazırda xilasedicilər hadisə yerindədir.

Beton plitələr və daşlardan ibarət uçqun iki maşının üstünə düşüb. Maşınlar tam yararsız vəziyyətdədir. Onun içindən iki gənc adamın meyitinin çıxarıldığı bildirilib. Bu şəxslər yolun kənarında maşının içində dayanıblarmış. Ancaq polislər jurnalistləri maşınlara yaxın buraxmırlar.

Hazırda əvvəl bağlı olan prospekt açılıb.

Əlavə məlumat verəcəyik.

Qalereya




Teqlər:  





Xəbər lenti