Azərbaycan və Macarıstan arasında biznes forum keçiriləcək

Azərbaycan və Macarıstan arasında biznes forum keçiriləcək
  24 Yanvar 2014    Oxunub:1075
Azərbaycan və Macarıstan hökumətləri arasında birgə komissiyanın iclası və biznes forum keçiriləcək.
Yanvarın 28-də Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, iclasda Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Macarıstan tərəfdən isə xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyartodur.

Macarıstan nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Macarıstan biznes forumu da keçiriləcəkdir. Biznes forumda rəsmi şəxslərlə yanaşı, tikinti, İKT, kənd təsərrüfatı, qida emalı avadanlıqları, tekstil, əczaçılıq, turizm, maliyyə, alternativ enerji, daşınmaz əmlak, qablaşdırma və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcəklər.


Teqlər:





Xəbər lenti