Smartfonlar üçün yeni Azərbaycan əlifbalı klaviatura

Smartfonlar üçün yeni Azərbaycan əlifbalı klaviatura
  22 Yanvar 2014    Oxunub:1229
“Android” əsasında işləyən smartfonlar üçün yeni Azərbaycan əlifbasını dəstəkləyən klaviatura təqdim edilib.
AzVision.az xəbər verir ki, “Google Play” xidmətində “Android” əsasında işləyən smartfonlar üçün yeni Azərbaycan əlifbasını dəstəkləyən klaviatura təqdim edilib.

“Bizim Keyboard PRO” adlanan yeni klaviatura müxtəlif dillərdə sürətli yazmağı sevənlər üçün yaradılan klaviaturadır.
“Bizim Keyboard” klaviatura ilə istifadəçi mətn prediksiyası üçün hazır sözlüklərdən istifadə edə və ya öz sözlüyünü yarada bilər. Klaviaturaya bir neçə mövzu daxildir (qara, ağ, iPhone, HTC və s.).

Klaviaturada, demək olar, bütün dillər, xüsusilə də Azərbaycan dili üçün 7 düzüm və rus dili üçün 4 düzüm vardır. Buraya həmçinin Azərbaycanın ilk dəfə olaraq yeni təsdiq olunan “PÜŞUD” düzümü də daxildir.

“Bizim Keyboard PRO” klaviaturasını aktiv etmək üçün telefon düzəlişlərində “Dil və Klaviaturalar” (“Language & Keyboards”) bölümünə daxil olaraq “Bizim Keyboard PRO” seçmək tələb olunur.

Sonra hər hansı `textboxda` mətn yerinə basıb saxlayıb, “Input method” basın və siyahıdan “Bizim Keyboard PRO” seçin.

Proqramın düzəlişlərinə daxil olmaq üçün “123” düyməsini basıb saxlamaq lazımdır.

Klaviatura “Bizim Keyboard PRO” klaviaturasının pulsuz variantıdır. “Trial” versiyada “PRO” versiyadan fərqli olaraq gündə bir neçə dəfə bezdirici popup pəncərə istifadəçinin qarşısına çıxır.


Teqlər:





Xəbər lenti