Sabah `əsrin məhkəməsi`dir
İddianı Ermənistan hökumətinə qarşı Azərbaycanın Laçın rayonundan olan 6 iddiaçı qaldırıb. Onlardan ikisi – Fəxrəddin Paşayev və Akif Həsənov artıq Strasburqdadırlar.
İddia ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır.
İddianın ingilis dilində olan variantı ilə burada tanış olmaq mümkündür.
Məsələyə ilk dəfə 2010-cu il sentyabrın 15-də Avropa İnsan Haqqları məhkəməsinin böyük palatasında baxılmışdı. 2012-ci il yanvarın 9-da məhkəmə ilkin qərar çıxarıb. Qərarda göstərildi ki, 3 maddə üzrə Azərbaycandan olan digər məcburi köçkünlərin hüquqlarımız pozulur. Sabah məhkəmənin yekun iclası olacaq.