Gəncədə iki minik maşını toqquşub, yaralılar var

Gəncədə iki minik maşını toqquşub, yaralılar var
  21 Yanvar 2014    Oxunub:1056
Gəncədə iki minik maşını toqquşub.
AzVision.az Kəpəz TV-yə istinadən məlumat verir ki, şəhərin qərb istiqamətdən girişində, Nizami və Xətai prospektlərinin kəsişməsində Gəncə şəhər sakini İntiqam Behtullayevin idarə etdiyi "Lada Priora" markalı avtomobillə Daşkəsən rayon sakini Amil Abdullayevin idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə maşınlara ciddi ziyan dəyib.

"Lada Priora"dakı sərnişinlər Məmmədova Sevinc Surxay qızı, Babayev Pərvin Samir oğlu müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Həkimlərin sözlərinə görə, yaralıların vəziyyəti qənaətbəxşdir.

İlkin ehtimala görə, hadisə VAZ 2106-nın sürücüsünün dönmə qaydasını pozması nəticəsində baş verib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti