Yenə qar yağacaq - Sabahın havası

Yenə qar yağacaq - Sabahın havası
  20 Yanvar 2014    Oxunub:1036
Yanvarın 21-ə olan hava proqnozunu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yanvarın 21-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı, gündüz dəyişkən buludlu olacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 1-3 dərəcə, gündüz 4-6 dərəcə isti olacaq.

Rayonlarda yanvarın 21-də havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 isti, dağlarda 5-10 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.


Teqlər:  





Xəbər lenti