20 yanvar şəhidləri Gəncədə anıldı - FOTO

20 yanvar şəhidləri Gəncədə anıldı - FOTO
  20 Yanvar 2014    Oxunub:1553
20 yanvar- Məhz həmin gün keçmiş SSRİ tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət və dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi bütün dünyanı sarsıtdı. O qanlı gecədən 24 il keçir
Azadlıq və mübarizə tariximizin şərəfli və qürurlu günü olan 20 Yanvar Gəncə şəhərində də qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, şəhər rəhbərliyinin təşəbbüsü ilə abadlaşdırılan möhtəşəm abidə kompleksinin ucaldıldığı Şəhidlər Xiyabanında şəhidlərin ruhu yad edilib.

Anım mərasimində şəhər rəsmiləri, şəhid ailələri, ağsaqqallar, veteranlar, tələbələr, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri iştirak edərək, təzə-tər gül-çiçək dəstələri ilə şəhidlərin ruhunu yad ediblər.

Anım mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müthiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

Gəncə şəhərində Saat 12-də Şəhidlərin ruhunu yad etmək üçün siqnal səsləri verildi.



Teqlər:  





Xəbər lenti