Bərdədə ikimərtəbəli kafe yanıb
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Bərdə Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və yanğınsöndürən maşınları gəlib. Alovun qonşuluqdakı binalara və ticarət köşklərinə keçməsinin qarşısı alınıb.
Kafe yanaraq yararsız hala düşüb. Yanğının başvermə səbəbləri hələlik məlum olmasa da, kafenin sahibi Müslüm Vəliyev iaşə obyektinin qəsdən yandırıldığını iddia edir.
Teqlər: