Şəkidə 27 yaşlı qız özünü Kiş çayına atıb

Şəkidə 27 yaşlı qız özünü Kiş çayına atıb
  19 Yanvar 2014    Oxunub:1413
Bu gün səhər saatlarında Şəkidə 27 yaşlı qız özünü körpüdən ataraq intihara cəhd edib. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Qafarova Arzu Eldar qızı Kiş çayı üzərində yerləşən körpüdən özünü çaya atıb.

Arzu Qafarova sudan çıxarılaraq Travmatologiya xəstaxanasına yerləşdirilib. Onun hansı səbəbdən intihara cəhd etməsi barədə heç bir məlumat verilmir. Faktla bağlı Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti