74 yaşlı Gəncə sakini binanın damında ölüb
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1940-cı il təvəllüdlü İslam İsmayıl oğlu Səfərov beşmərtəbəli binanın damına çıxıb və ürək tutmasından orada vəfat edib.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi düşürərək aidiyyəti üzrə təhvil veriblər.
Teqlər: