İldə 75 milyard dollarlıq saxta dərman satılır

İldə 75 milyard dollarlıq saxta dərman satılır
  19 Yanvar 2014    Oxunub:1199
AzVision.az xəbər verir ki, ABŞ-ın "Project Syndicate" nəşri insan həyatı üçün ciddi təhlükə hesab edilən saxta dərmanların Azərbaycandan Zambiyaya qədər geniş ticarət şəbəkəsinə daxil olduğunu yazır. Ancaq bu halın qarşısının alınması üçün ciddi tədbirlər görülmür.

Hər il 75 milyard dollar dəyərində standarta cavab verməyən və insan həyatı üçün ciddi təhlükə yaradan dərman preparatları satılır. Nəticədə hər il 100 min insan məhz bu dərmanların istifadəsi nəticəsində dünyasını dəyişir. Saxta dərman satışı kasıb ölkələrin iqtisadiyyatına da ciddi zərbə vurur. Nəşrin yazdığına görə, saxta dərmanlar təkcə ölümə səbəb olmur, eyni zamanda yeni, dərmanların təsir etmədiyi xəstəliklər yaradır.

azadlıq.info


Teqlər:





Xəbər lenti