Ağstafada iməcilik keçirildi

Ağstafada iməcilik keçirildi
  19 Yanvar 2014    Oxunub:1118
Ağstafada növbəti ümumrayon iməciliyi keçirilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon sakinləri iştirak ediblər.

Ümumrayon iməciliyində yenidən qurulmuş, 14 yaşayış məntəqəsini birləşdirən 54 kilometr uzunluğundakı Ağstafa-Poylu-Böyük Kəsik-Sadıqlı avtomobil yolu boyunca təmizlik işləri aparılıb, ağaclara qulluq göstərilib.

İməcilik zamanı şəhərin prospekt və küçələrində, park və xiyabanlarında da səliqə-sahman yaradılıb.


Teqlər:





Xəbər lenti