Mehmanxanalara yeni standart tətbiq olunur

Mehmanxanalara yeni standart tətbiq olunur
  18 Yanvar 2014    Oxunub:996
Azərbaycanda mehmanxanalara minimal tələblər üzrə yeni standart tətbiq olunur.
Azərbaycanda "Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" üzrə Dövlət Standartı təsdiq olunub.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Standartlaşdırma üzrə turizm və yerləşdirmə vasitələrinin xidmətləri" Texniki Komitəsi tərəfindən hazırlanmış və Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 14.01.2014-cü il tarixli, 004 saylı əmri ilə təsdiq edilmiş AZS 755-2014 nömrəli "Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" üzrə Dövlət Standartı qüvvəyə minib.

Standart 15.01.2014-cü il tarixindən etibarən tətbiq edilir.

"Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" üzrə Dövlət Standartının əsas məqsədləri yerləşdirmə vasitələrində turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, yerləşdirmə vasitələrində çalışanların peşə səviyyəsinin artırılmasından ibarətdir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan müvafiq monitorinqlər zamanı sənəddə göstərilən meyarlar monitorinqin keçirilməsi üçün əsas sorğu sənədi kimi istifadə olunacaq.

Mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinə, həmçinin, turistlərə və turizm sahəsi ilə əlaqəli şəxslərə müvafiq sənədlə tanış olmaları və standartın tələblərinə riayət etmələri tövsiyə olunur.


Teqlər:





Xəbər lenti