Gəlin toy günü zəhərləndi

Gəlin toy günü zəhərləndi
  18 Yanvar 2014    Oxunub:2086
Azərbaycanda gəlin toy günü zəhərləndi.
Şəki şəhərində gənc qız toy günü zəhərlənib. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Şəki məntəqəsindən verilən məlumata görə, Şəki sakini, 19-cu rayon Bağbanlar küçəsi, bina 67.a ünvanında yaşayan 1991-ci il təvəllüdlü Tünzalə Ağəli qızı Qafarova dəm qazından zəhərlənib.

O, ağır vəziyyətdə təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Zəhərlənən şəxsə dərhal ilkin tibbi yardım göstərilib. Bir neçə saat ərzində xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra o ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, bu gün zəhərlənən qız gəlin köçəcək.


Teqlər:





Xəbər lenti