Günün kriminal xronikası: 1 ölü, 36 həbs

Günün kriminal xronikası: 1 ölü, 36 həbs
  18 Yanvar 2014    Oxunub:989
Ötən gün daxili işlər orqanları tərəfindən gün ərzində 76 cinayət faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, onların da 31-i “isti izlər”lə açılıb.

Belə ki, yanvarın 17-də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib, respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 36 nəfər tutulüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti