Heydər Əliyev Mərkəzində müzikl təqdimatı

Heydər Əliyev Mərkəzində müzikl təqdimatı
  18 Yanvar 2014    Oxunub:1265
Heydər Əliyev Mərkəzində “Vera məhəlləsinin musiqiləri” müziklı təqdim olunub.
Yanvarın 17-də Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzlarının iştirakı ilə “Vera məhəlləsinin musiqiləri” (“Melodies of Vera District”) müziklı Azərbaycan tamaşaçılarına təqdim olundu.

1973-cü ildə Georgi Şenqelayanın quruluşunda lentə alınmış, musiqili komediya janrında olan eyniadlı bədii film Gürcüstan və onun hüdudlarından kənarda böyük şöhrət qazanmışdır. Həmin filmin motivləri əsasında hazırlanan müzikla fransız rejissoru və xoreoqrafı Reda Bentifora quruluş verib.

Tamaşada dramaturgiya, musiqi, ifaçılıq sənəti, xoreoqrafiya və xüsusi effektlər bir-biri ilə mükəmməl vəhdət təşkil edir.
Müziklda Gürcüstanın tanınmış sənət adamları Vaxtanq Kikabidze, Sofiya Nijaradze, Nodiko Tatişvili, Stefan Ketato, həmçinin Z.Paliaşvili adına Gürcüstan Dövlət Opera və Balet Teatrının, İ.Suxişvili adına Gürcüstan Xalq Rəqsləri Ansamblının solistləri çıxış etmişlər.

İndiyədək müziklın Gürcüstanda 25 təqdimatı tam anşlaqla keçib.


Teqlər:  





Xəbər lenti