Şəkidə zəncirvari yol qəza hadisəsi baş verib

Şəkidə zəncirvari yol qəza hadisəsi baş verib
  18 Yanvar 2014    Oxunub:1446
AzVision.az "Kanal S"-ə istinadən məlumat verir ki, bu gün axşam saat 20:30 radələrində Şəkinin Mirzə Fətəli Axundov prospektində zəncirvari yol qəza hadisəsi baş verib.

Belə ki, hadisə zamanı Şəki sakini Telmanlı Anar Azər oğlu idarə etdiyi Mersedes markalı avtomobillə adı çəkilən prospektlə hərəkətdə olarkən, Şəki avtovağzalının yanında avtomobildə yaranmış nasazlıq səbəbindən qəfildən idarəetməni itirib və yol kənarında dayanmış iki Mersedesə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Lakin qəza zamanı yol kənarında dayanan Xasməmmədov Natiqə məxsus Mersedes markalı avtomobil və Rəsulov Fərhada məxsus Mersedes markalı avtomobillərə ziyan dəyib.

Hadisənin baş verməsinə səbəb Telmanlı Anarın idarə etdiyi avtomobildə baş vermiş nasazlıq olub.

Faktla əlaqədar Şəki şəhər rayon polis şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.


Teqlər:





Xəbər lenti