Britaniya Avropada öz ticarət zonasını yaratmaq istəyir

Britaniya Avropada öz ticarət zonasını yaratmaq istəyir
  18 Yanvar 2014    Oxunub:1110
AzVision.az xəbər verir ki, Britaniya hökuməti Avropa İttifaqına təzyiq göstərməkdə davam edir. Ölkənin maliyyə naziri Corc Osborn artıq demişdir ki, “ciddi islahatlar keçirilməsə, Böyük Britaniya Aİ-dən çıxmağa hazırdır”.

“Telegraph” nəşrinin məlumatına görə, C.Osborn öz yeni bəyanatında Aİ daxilində ayrı-ayrı ölkələr arasında sərbəst ticarət zonasının yaradılmasına tərəfdar olduğunu bildirib.

C.Osborn deyib ki, “Biz xidmətlərin, enerji daşıyıcılarının, rəqəmsal texnologiyaların və sairin vahid bazarının yaradılması haqqında artıq çox söhbətlər eşitmişik. Bizə ayrı-ayrı korporativ qruplar arasında inhisar razılaşmalarını aradan qaldırmağa kömək edən yeni, innovasion ideyalar lazımdır. Aİ-nin bir sıra üzvləri maliyyə tranzaksiyaları üçün vergi kimi dağıdıcı qərarlar qəbul edirlərsə, biz nə üçün yeni iş yerlərinin yaradılmasına kömək göstərə biləcək tədbirlər barədə düşünməyək?
Əgər biz Avropada rəqabət problemini həll etmək istəyiriksə, hərtərəfli düşünməliyik. Ciddi islahat aparılması zəruridir. Aİ-nin bütün üzvləri ümumi razılığa gələ bilmirlərsə, zənnimcə, kiçik bir qrup təşkil edən ölkələr öz aralarında ticarət münasibətlərini liberallaşdıra bilərlər”.


Teqlər:





Xəbər lenti