Xaçmazda 2 bıçaqlanma hadisəsi olub - FOTO

Xaçmazda 2 bıçaqlanma hadisəsi olub - FOTO
  16 Yanvar 2014    Oxunub:5174
Xaçmaz rayonunda 2 bıçaqlanma faktı qeydə qeydə alınıb. AzVision.az APA- ya istinadən xəbər verir ki, Xaçmaz şəhər, Zərifə Əliyeva adına 8 saylı məktəb liseyin 11-ci sinif şagirdi Qayıbxanov Muradxan Qayıbxan oğlu məktəbdən evə qayıdarkən naməlum şəxs və yaxud şəxslər tərəfindən bıçaqlanıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, məktəbliyə 3 bıçaq xəsarəti yetirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Digər bir bıçaqlanma faktı isə rayonun Köhnə Xaçmaz kəndində baş verib. 1975-ci il təvəllüdlü Tağıyev Telman Ağamirzə oğlu da bıçaq xəsarəti ilə Xaçmaz MRX-ya yerləşdirilib. Onun vəziyyəti orta ağırdır. Hər iki faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Hər iki törədənlərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.

FOTO- Regional TV

Qalereya




Teqlər:  





Xəbər lenti