Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
  16 Yanvar 2014    Oxunub:927
Bakıda intihara cəhdin qarşısı alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda bir nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs intihar etmək məqsədilə özünü 16 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından aşağı atıb və binanın 2-ci mərtəbəsinin eyvanının damına düşüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi aşağı endirərək hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.


Teqlər:





Xəbər lenti