Məşhur rəssamımız dünyasını dəyişdi

Qeyd edək ki, faciəvi hadisə nəticəsində iki il komada olan həmyerlimiz ikinci həyatına musiqiçi deyil, bir rəssam kimi qayıdıb. Bunun nəticəsi olaraq o bir-birindən rəngarəng sənət əsərləri yaradıb. Son illər Nadir Əliyevin Avropada daha çox rəssam kimi tanınması da bu səbəbdəndir. Rəssamın Parisdə, Cenevrədə, Kurşaveldə, San-Tropedə, Brüsseldə, Valettdə təşkil olunan fərdi sərgiləri nəinki sənətsevərlərin, hətta məşhur sənətşünasların, kolleksionerlərin diqqətini cəlb edib. Təsadüfi deyil ki, rəssamın əsərlərinin böyük qismi İsveçrə bankı, həmçinin Maltanın Milli bədii muzeyi tərəfindən alınıb.