ANS məhkəməyə hazırlaşır
- Mən indi sizə bir söz deyəcəm. Bilmirəm bu sizin ağlınıza nə qədər batacaq. Amma biz bu fikrimizdə israrlıyıq. Və bununla bağlı artıq tapşırıq da verilib. Haqqımızda dünəndən başlayaraq həqiqətəuyğun olmayan, xəbəri dəqiqləşdirməmiş məlumat yayan xəbər saytlarını məhkəməyə verməyə hazırlaşırıq. Mən sizinlə danışmazdan az öncə bununla bağlı lazımi tapşırıqlar verdim. Bütün bu cəfəngiyyatlara isə cavabı məhkəmə başa çatdıqdan sonra verəcəm.