Ötən il 11 min ailə boşanıb- Dəhşətli STATİSTİKA

Ötən il 11 min ailə boşanıb- Dəhşətli STATİSTİKA
  14 Yanvar 2014    Oxunub:1194
Azərbaycanda ötən il ərzində 86 mindən çox insan nikah bağlayıb.

Bu barədə AzVision.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Rəsmi statistikaya görə, 2013-cü ildə bağlanan nikahların sayı 2012-ci ilə nisbətən çoxdur.

Belə ki, ötən il 86,3 min nikah qeydə alınıbsa, 2012-ci ildə bu rəqəm 78 min 480 olub.

2011-ci ildə isə şəhər yerləri üzrə 45494, kənd yerləri üzrə 42651 nikah bağlanıb.

Boşanmalara gəldikdə isə ən son statistikaya əsasən, 2013-cü ildə 11, 7 min boşanma faktı qeydə alınıb.

Qeyd edək ki, 2012-ci ildə isə boşananların sayı 11 min nəfər olub. 2011-ci ildə bu rəqəm 10,7, 2010-cu ildə isə 8,9 min olub.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti