Goranboyda məktəb direktorunu maşın vurub
Magistral yolu keçmək istəyən, Goranboy rayonun Azad kənd sakini, kənd orta məktəbin direktoru, 1954-cü il təvəllüdlü Salman Abbasovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. S. Abbasov ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər.
Faktla bağlı Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Teqlər: