Sənayenin inkişafı üçün nə etməli? - TƏKLİF

Sənayenin inkişafı üçün nə etməli? - TƏKLİF
  13 Yanvar 2014    Oxunub:1586
“Ölkə Prezidenti 2014-cü ilin “Sənaye ili” adlandırılması ilə bağlı sərəncam imzaladı. Bu ilin sənaye ili adlandırılması iqtisadiyyatı sənayeləşdirilməsi baxımdan vacib idi. Rəsmi proqnozlara əsasən, bu il qeyri-neft sektorunun ÜDM-də payı 62.0, büdcə gəlirlərində isə 35.0 faizə çatdırılacaq. İqtisadiyyatın şaxələnməsi üçün isə təbii ki, xüsusən də qeyri-neft sektorunda sənayenin inkişafı qaçılmazdır”.
AzVision.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Vüqar Bayramov bildirib. Cari 2014-cü ilin “Sənaye ili” elan edilməsinin xüsusi önəm kəsb etdiyini deyən ekspert öləmizdə sənaye sektorunu inkişaf etdirilməsi üçün mühüm təkliflər irəli sürüb:

Bəs, sənaye ilində ölkəmizdə sənayenin inkişaf etdirilməsi üçün makro səviyyədə nələrin edilməsinə ehtiyac var?

1. Hökumət xüsusi iqtisadi zonaların yaradılması prosesini başa çatdırmalı və xüsusən də regionlara güzəştli şərtlər ilə xarici investisiyaların cəlb edilməsinə çalışmalıdır;

2. Xeyli müddət öncə qanunverici orqana təqdim edilən “Rəqabət Məcəlləsinin” qəbulu sürətləndirilməsi və sənəd təsdiq edilməlidir. Sənaye sektoruna investisiyaların cəlb edilməsi üçün rəqabətin hüquqi müdafiəsi olduqca vacibdir;

3. Texnoparkların və eləcə də klasterlərin regionlarda formalaşdırılması prosesi başa çatdırılmalıdır;

4. “2015-2020-ci illər üzrə sənayenin inkişafı üzrə” dövlət proqramı ekspert icmasının iştirakı təmin olunmaqla makro-iqtisadi model nəticələr, müqayisəli təhlili və nəticələri ölçülən bilən bençmarklar nəzərə alınmaqla hazırlanmalıdır;

5. Neft sektorunda senayenin inkişafına nail olunması üçün Azərbaycan hökuməti ilə ABƏŞ arasında bağlanmış əsrin müqaviləsinin başa çatma tarixinə yenidən baxılmalı və BP başda olmaqla digər xarici şirkətlərinin daha genişmiqyaslı sərmayələrinin cəlb edilməsi üçün 2024-cü ildə başa çatmalı olan müddət 2040-cı ilədək uzadılmalıdır;

6. İnvestisiya mühitinin yaxınlaşdırılması üçün dövlət qurumlarının xidmətlərinin elektronlaşdırılması prosesi başa çatdırılmalıdır;

7. Ixrac olunan yerli sənaye məhsullarının istehsalına xüsusi vergi güzəştləri və ixrac kompensasiyaları təqdim edilməlidir;

8. Sənayedə differensial vergi sistemi tətbiq olunmaqla sadələşdirilmiş vergi dövriyyəsinə yenidən baxılmalıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti