Bakıda körpülərin altından yük maşınlarının keçməsi qadağan edildi

Bakıda körpülərin altından yük maşınlarının keçməsi qadağan edildi
  12 Yanvar 2014    Oxunub:1188
AzVision.az xəbər verir ki, Paytaxtdakı bəzi körpülərin altından iri qabaritli yük maşınlarının keçməsi qadağan edilib. Qaydaları pozan sürücülər ciddi cəzalandırılacaq. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA TV-yə deyib ki, bir sıra körpülərin alt hissəsinə qadağan edici nişanların qoyulmasına baxmayaraq sürücülər buna əməl etmir. Nəticədə yol infrastrukturuna ciddi ziyan dəyir. 2012-ci ildə yol təsərrüfatına 2 milyon manatdan ziyan dəyib.

Əgər yolda əyrixətli terminal və ya digər bir yol elementi sıradan çıxırsa və o bərpa olunmursa nəticədə digər yol qəzasına şərait yaranır. Bura, Xətai rayonu ərazisindəki Babək prospektidir. Babək körpüsü kimi tanınan körpünün alt hissəsində iri qabaritli yük avtomobillərinin dönmə əməliyyatını həyata keçirməsi qadağan edilib. Buna səbəb, sözü gedən avtomobillərin körpünün beton piltələrinə ciddi ziyan vurmasıdır. Ərazidə çəkiliş apardığımız bir neçə dəqiqə ərzində buradan bir neçə yük avtomobilinin qadağanedici nişanlara məhəl qoymadan ciddi-cəhdlə körpünün altından keçdiyinin şahidi olduq. Körpünün alt hissəsində iki iri lövhədə "giriş qadağandır!" işarəsinin olmasına baxmayaraq, minik avtomabillərinin ardınca yük avtomobilləri də dönmə ələliyyatını həyata keçirməyə çalışırlar. Baxmayaraq ki, bir neçə metr qarşıda sözügedən yük avtomobillərinin girişinə icazə verilən dairə var. Pünhan Mürsəliyev bildirir ki, orada şlaqbaumlar qoyulub. Eyni zamanda həmin yerdə qadağanedici nişanlar da yerləşdirilib. Hündürlük qabariti 2,5 metrdən artıq olan nəqliyyat vasitələri həmin ərazidə dönmə əməliyyatını həyata keçirə bilməz. Bu birmənalı olaraq qadağandır.

Bu kimi halların qarşısını almaq məqsədi ilə Dövlət Yol Polisi İdarəsinə müraciət edilib. Hətta bir sıra sürücülər qanuna müvafiq qaydada cərimələnib. Lakin görünür hələ də qanunlardan xəbərsiz olan və ya sadəcə görüb əməl etmək istəməyən sürücülər var.


Teqlər:





Xəbər lenti