50 min manat borcu olan kişi özünü asdı

50 min manat borcu olan kişi özünü asdı
  12 Yanvar 2014    Oxunub:1167
AzVision.az xəbər verir ki, Xırdalan şəhərində intihar hadisəsi baş verib. Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin 28-ci məhəlləsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Emil Əsgərov yaşadığı evdə özünü asaraq ölüb. Mərhumun cibindən ölümündən əvvəl yazdığı məktubu tapılıb. Mərhum məktubda küllü miqdarda borca düşdüyü üçün intihar etdiyi qeyd edib. Onun 50 min manat borcu varmış və qaytarmağa imkanı olmayıb. Emil Əsgərov iki uşaq atası idi.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb. İstintaq gedir.

Teleqraf.com


Teqlər:





Xəbər lenti