İslam Peyğəmbərinin mövludu həftəsi başlayır - VİDEO

İslam Peyğəmbərinin mövludu həftəsi başlayır - VİDEO
  12 Yanvar 2014    Oxunub:2106
Dünyanın sonuncu peyğəmbəri Məhəmməd (s.) Hicri təqviminin 572-ci ilində dünyaya gəlib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bu günlər İslam aləmində ən müqəddəs həftələrdən biri hesab olunur. Cümlə müsəlmanların Peyğəmbəri Məhəmməd (s.ə.a.s) mövlüdu məhz bu günlərə təsadüf edir. İslam tarixinə görə, dünyanın sonuncu peyğəmbəri Məhəmməd (s.) Hicri təqviminin 572-ci ilində dünyaya gəlib.

Din xadimi, Hacı Şahin Həsənli: “Onun doğum tarixi ilə bağlı bir neçə günlük fərqi isə aradan qaldırmaq məqsədilə 1981-ci ildə Ayətullah Xomneyinin təklifi ilə, 1989-cu ildən isə Türkiyə Diyanət Vəqfi Peyğəmbərin doğumunu “Doğum həftəsi” altında bir həftə - Rəbiüləvvəl ayının 12-dən 17-dək bayram etməyi daha uyğun hesab edib. Bu fikir digər müsəlman ölkələri tərəfindən rəğbətlə qarşılanıb. Müsəlmanlar həmin həftəni dünyanın hər yerində bayram edirlər. Buna “Mövlud”, yaxud “Mövlud bayramı” deyirlər.

Kiçik yaşlarından valideynlərini itirən Məhəmməd (s.) əmisi Əbu Talibin himayəsində böyüyüb. Qurana görə, Peyğəmbər adi insandır, möminlərə şəfqətli və mərhəmətlidir, yaxşı əməl sahiblərinə cənnətdən müjdə verən, pis əməl sahiblərini cəhənnəm əzabından xəbərdar edəndir, möminlərə onların özlərindən daha yaxındır. Allah onu insanlar arasında seçmiş, özünə rəsul-elçi etmiş, doğru yolu göstərən sonuncu rəhbərlik kitabı Quranla aləmlərə rəhmət olaraq peyğəmbər göndərib.

Odur ki, Quranda buyurulur: “Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik”.

Allah onu gözəl əxlaqına görə insanlara təqlid nümunəsi kimi vəsf edir: “Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir. Peyğəmbərə iman gətirməklə, onun dediklərinə əməl etməklə, onu müqəddəs tutmaqla insan böyük savab qazanır, axirətdə yüksək dərəcələrə və əbədi səadətə nail olur”.

Hicri təqvimin 635-ci ilində bəşəriyyətin sonuncu Peyğəmbəri Məhəmməd (s.) dünyasını dəyişsə də onun mövludu fəlsəfəsini onu sevənlər daha da genişləndirdilər. Məhəmməd (s.) Peyğəmbərin keçdiyi həyat yoluna bir daha nəzər salmaqla hər bir müsəlmən onun yüksək insani keyfiyyətlərindən, əxlaqı dəyərlərindən ibrət götürür, əməli saleh, xoşxasiyyətli, gözəl əxlaqlı olmağa çalışır. Adı gözəl, özü gözəl peyğəmbərimiz kimi.




Teqlər:  





Xəbər lenti