Yanğın nəticəsində 4 nəfər xəstəxanaya aparılıb

Yanğın nəticəsində 4 nəfər xəstəxanaya aparılıb
  12 Yanvar 2014    Oxunub:1254
Bakıda yanğın nəticəsində 4 nəfər tüstüdən boğularaq xəstəxanaya aparılıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın paytaxtın Nərimanov rayonunda dördmərtəbəli inzibati binada baş verib. Dərhal nazirliyin müvafiq yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın zamanı 3-cü mərtəbədə tədris otağı, içərisində olan köhnə avadanlıqlar 16 kv.m sahədə və 4-cü mərtəbədə məskunlaşmış köçkünlərin 1 otağının pəncərə cərcivəsi yanıb, istidən 1 ədəd kondisioner əriyib.

Yanğınsöndürənlər tərəfindən binadan 30 nəfər təxliyə olunub. Təcili Tibbi Yardım Stansiyası tərəfindən 4 nəfər tüstüdən boğulma diaqnozu ilə aidiyyəti üzrə aparılıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti