İtaliya Afrikaya sərmayə yatırır

İtaliya Afrikaya sərmayə yatırır
  12 Yanvar 2014    Oxunub:1064
İtaliya Afrika ölkələrinin inkişafında yaxından iştirak etmək niyyətindədir.
İtaliya Afrika ölkələrinin inkişafında yaxından iştirak etmək niyyətindədir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu sözləri İtaliyanın xarici işlər naziri Emma Bonino Qanaya və Seneqala səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirmişdir ki, Afrika ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi İtaliyanın xarici siyasət prioritetlərindən biridir. Cari ilin proqramına əsasən Afrika ölkələrinə daha iki səfər nəzərdə tutulub.

Afrikada yüksək qiymətləndirilməyə layiq bir inkişafın müşahidə olunduğunu diqqətə çatdıran Emma Bonino vurğulayıb ki, qitədə iqtisadi tərəqqi ilə yanaşı, vətəndaş cəmiyyəti və demokratiya kimi anlayışlar bərqərar olmaqdadır. O deyib ki, “Biz Afrika ölkələrinin inkişafında İtaliyanın rolunu artırmaq istiqamətində bir sıra tədbirlər həyata keçiririk. Bu baxımdan ötən ilin dekabrında icrasına başlanılan “İtaliya-Afrika Təşəbbüsü” layihəsi mühüm əhəmiyyət kəsb edir. Layihə tərəflər arasında siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əlaqələrin dinamik inkişafına təkan verir”.

Enerji və kənd təsərrüfatı sahələrində də münasibətlərin önəmli olduğunu diqqətə çatdıran nazir deyib ki, “Bu baxımdan bir sıra Afrika ölkələrinin “Milan Expo-2015” beynəlxalq sərgisində iştirakı vacib bir addımdır”.


Teqlər:





Xəbər lenti