İrandan narkotik vasitə keçirmək baş tutmadı

İrandan narkotik vasitə keçirmək baş tutmadı
  11 Yanvar 2014    Oxunub:1408
İrandan Azərbaycana plastik qabda və daxili orqanda narkotik vasitə keçirmək cəhdləri baş tutmadı.
İrandan Azərbaycana narkotik vasitə keçirmək cəhdlərinin qarşısı alınıb.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Ghader Salamatı gömrük nəzarətindən keçərkən ona məxsus çantadan gömrük nəzarətinə bəyan olunmayan, üzərində "Zam Zam" sözləri yazılmış 1 ədəd plastik qabda 190 ml həcmində metadon məhlulu aşkar edilərək götürülüb.

Belə ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 190 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,19 qram təşkil edir.

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Asif Hüseynovun üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə ümumi xalis çəkisi 51,311 qram olan narkotik vasitə - heroin, 1 ədəd bükümdə isə xalis çəkisi 0,646 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir.


Teqlər:





Xəbər lenti