Müxalifət Avropadan üz döndərdi

Müxalifət Avropadan üz döndərdi
  15 Mart 2013    Oxunub:1592
“Avropa Xalq Partiyası”nın lideri Vilfred Martinsin “Azadlıq radiosu”na verdiyi müsahibəsindən hiddətlənən Raffi Ovanisyan Avropanı tənqid atəşinə tutub.
Avropanı Ermənistandakı demokratik dəyərləri tapdalamaqda ittiham edən Ovanisyan “Əgər Avropa Martinsin müsahibəsində dediyi kimidirsə, bizə belə Avropa lazım deyil” deyib.

Bu gün Azadlıq meydanında, xalq qarşısında çıxış edən “İrs” partiyasının lideri Ovanisyan saxtakar rejimə təbrik məktubu ünvanlayan Amerika prezidentini Ermənistana demokratiya dərsi verməməyə çağırıb.

Xatırladaq ki, Ovanisyan prezident seçkilərindən dərhal sonra Serj Sərkisyanı təbrik edən ilk xarici dövlət başçılarından olan Vladimir Putini də sərt tənqid edib.



Teqlər:  





Xəbər lenti