SOCAR Gürcüstanda 100 min evə qaz çəkəcək

SOCAR Gürcüstanda 100 min evə qaz çəkəcək
  08 Yanvar 2014    Oxunub:1228
“SOCAR Corcia qas” şirkətindən verilən məlumata görə, son dörd ildə şirkət qonşu Gürcüstanda 3.800 kilometr uzunluğunda qaz kəməri çəkib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, bu, ölkədə 195 min abonentin təbii qazla təchiz edilməsinə şərait yaradıb. Məlumatda, həmçinin qeyd edilir ki, 2007-ci ildə təsis olunan “SOCAR Corcia qas” şirkətinin Gürcüstanın İqtisadiyyat və Sabit İnkişaf Nazirliyi ilə ötən ilin sonunda bağladığı sazişə əsasən, bu ölkənin qazlaşdırılması istiqamətində işlər 2017-ci ilədək davam etdiriləcək. Sazişdə daha 100 min abonentin təbii qazla təchiz olunması nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti