Bayramda 1254 nəfər xəstəxanaya düşüb

Bayramda 1254 nəfər xəstəxanaya düşüb
  08 Yanvar 2014    Oxunub:975
Bayram günlərində (dekabrın 30-dan yanvarın 7-dək) Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olmuş 18 min 520 müraciət daxil olub. 1254 nəfər xəstəxanaya yerləşdirilib.

Bayram günlərində poliklinikaların işləməməsi cağırışların sayının artmasına səbəb olub.

Müraciətlər daha çox uşaqlarla bağlı olub. Adi günlərdə stansiyaya uşaqlarla bağlı 200-220 müraciət daxil olduğu halda, bayram günlərində belə cağırışların sayı 450-yə, bəzən isə 480-ə çatıb. Yaşlı insanlar isə əsasən arterial təzyiqlərinin qalxması səbəbindən təcili tibbi yardım xidmətlərinə müraciət ediblər.(AzərTAc)



Teqlər:





Xəbər lenti