Azərbaycanda xarici tv-lərin yayımı dayandırıldı

Azərbaycanda xarici tv-lərin yayımı dayandırıldı
  08 Yanvar 2014    Oxunub:1165
Televiziya şəbəkəsinin rəqəmsal yayıma keçid etməsi ilə vətəndaşlara iki sosial və kommersiya tipli paketlər təklif olundu.

AzVision.az Anspress-ə instinadən xəbər verir ki, sosial paketlərdə yerli yəni dövlət və özəl televiziyaların yayımı pulsuz, kommersiya tipli paketlərdə isə xarici kanalların pullu yayımı nəzərdə tutulur. Bu ilin yanvarın birindən rəqəmsal yayıma keçidin tam başa çatması isə vətəndaşların xarici kanallara baxmasını məhdudlaşdırdı.

Rabitə və İnformasiya Texnalojiyaları Nazirliyinin Teleradio İstehsalat birliyinin texniki direktoru Mikayıl Abbasov vətəndaşların rəqəmli şəbəkə üzərindən televizorlarını xüsusi qurğulara qoşaraq xarici kanallara baxa biləcəklərini bildirib. Onun sözlərinə görə, kommodul tipli həmin qurğuları əldə etmək üçün onların satış mərkəzinə müraciət etmək lazımdır. Modeli köhnə olan televizorlarda ayrı bir qurğu, müasirlərdə isə bir başqa qurğudan istifadə edilməlidir.





Teqlər:  





Xəbər lenti