Nadir Qafarzadə efirdə dini söydü - VİDEO

Nadir Qafarzadə efirdə dini söydü - VİDEO
  07 Yanvar 2014    Oxunub:2977
“Space” telekanalında yayımlanan “Sizin saat” verilişinə qonaq qismində dəvət edilən mügənni Nadir Qafarzadə İslam dininə qarşı böyük hörmətsizlik edib.
AzVision.az-ın məlumatına görə, Kamran Həsənlinin aparıcılıq etdiyi verilişdə müğənni Nadir Qafarzadə ilə dini ekspert Elşad Miri arasında mübahisə yaranıb. Mübahisə zamanı müğənni Allaha və dinə qarşı söyüş söyüb.

Bu barədə Elşad Miri məlumatları təsdiq edib.

O, Nadir Qafarzadənin efirdə Allaha və dinə söyüş söydüyünü deyib.
“Mahnı oxuyanlardan biri olan Nadir Qafarzadə Space kanalında dinin mövqeyini qeyd etdiyim zaman mənə, Allaha və dinə söyüş söyərək efiri tərk etdi. Təkrar efirə qayıtdı, sonar yenə tərk etdi. Bir daha qayıtdı.

Mövzu estetik cərrahiyyə ilə əlaqəli idi. Mənim insanların botoks, silikon qoydurmalarına etiraz etməyim adını çəkdiyim şəxsi özündən çıxartdı”.

“Sizin saat” verilişinin aparıcısı olan Kamran Həsənli hər nə qədər efirə bu cür verilməyəcəyini bildirsə də, daha sonra zəng edib dözümlülük nümayiş etdirdiyimə görə təşəkkür etsə də, verilişin anonsundan gördüm ki, verilişin reytinq gətirəcək hissəsi efirə verilib, sadəcə söyüşün səsi eşidilmir. Bu silikonlu şəxsi məhkəməyə verə bilərəmmi?”-deyə dini ekspert qeyd edib.



AzVision.az


Teqlər:  





Xəbər lenti