AİB Azərbaycan banklarını maliyyələşdirəcək

AİB Azərbaycan banklarını maliyyələşdirəcək
  07 Yanvar 2014    Oxunub:1093
AİB Azərbaycan banklarının maliyyələşdirilməsini artırmağa hazırdır.
Asiya inkişaf bankı (AİB) kredit xətləri çərçivəsində kiçik və orta biznesin, eləcə də ticarətin maliyyələşdirilməsi üzrə əməliyyatların dəstəklənməsi üçün əməkdaşlıq edəcək Azərbaycan banklarının siyahısını genişləndirmək hazırdır. AzVision.az Trend-ə istinadən xəbər verir ki, AİB-in Bakı nümayəndəliyinin rəhbəri Olli Noroyonoya istinadən bu barədə məlumat verir.

Bu gün həmin siyahı altı bankdan (Azərbaycan Beynəlxalq bankı, Access Bank, AGBANK, Bank of Baku, Dəmirbank və Bank Respublika) formalaşır.

"2013-ci ilə qədər ölkənin bank sektoruna açılmış kredit xətlərinin ümumi məbləği 40 milyon dollar təşkil edib ki, bu da artıq AİB-ə geri qaytarılıb," - Noroyono bildirib.

Onun sözlərinə görə, növbəti mərhələ ötən ilin iyul ayında Accessbanka kənd yerlərində mikro-, kiçik və orta biznesin dəstəklənməsi üçün beş il müddətinə 50 milyon dollar həcmində kreditin ayrılması olub. Qeyd olunan bank ölkənin əksər regionlarını əhatə edən geniş şəbəkə yaradıb.

AİB-in bank səhmdarlarının tərkibində iştirak etməklə bağlı planları hələlik yoxdur, Noroyono bildirib.

Asiya bankı özəl sektorun inkişafına dəstək vermək üçün Azərbaycan banklarının fəal maliyyələşdirilməsinə 2007-ci ildə başlayıb.


Teqlər:





Xəbər lenti