İntihar edən 5 uşaq atasının meyiti su kanalında tapıldı

İntihar edən 5 uşaq atasının meyiti su kanalında tapıldı
  07 Yanvar 2014    Oxunub:1337
Ağdaşda intihar edən 5 uşaq atasının meyiti su kanalında tapılıb.
Ağdaş rayonunda özünü su kanalına ataraq intihar edən şəxsin meyiti tapılıb.

AzVision.az APA- ya istinadən xəbər verir ki, yanvarın 4-də Ağdaş rayonu Şəkili kənd sakini 1959-cu il təvəllüdlü Məcnun Xaləddin oğlu Əsgərovun yaşadığı evin yaxınlığından keçən Yuxarı Şirvan kanalına özünü ataraq intihar etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Sularında Xilasetmə Xidmətinin Mingəçevir şəhərindəki Aran Dalğıc-Axtarış Qrupunun əməkdaşları gələrək axtarışa başlayıblar. Axtarış nəticəsində həmin şəxsin meyiti bu gün kanaldan tapılıb.

Qeyd edək ki, M.Əsgərov 5 uşaq atasıdır. Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.


Teqlər:





Xəbər lenti