İlham Namiq Kamalın yubileyi qeyd olunacaq

İlham Namiq Kamalın yubileyi qeyd olunacaq
  07 Yanvar 2014    Oxunub:2651
Xalq Artisti İlham Namiq Kamalın 65 illik yubileyi qeyd olunacaq.
2014-cü ilin martında Azərbaycan Dövlət Musiqili Teatrında Xalq Artisti İlham Namiq Kamalın 65 illik yubileyi qeyd olunacaq.

, AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığından söz açılacaq, teatrda və kinoda yaratdığı obrazlar nümayiş olunacaq.

Xalq Artisti İlham Namiq Kamal Bakıdakı 31 nömrəli orta məktəbi 1966-cı ildə bitirərək Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə daxil olub. O, burada görkəmli sənətkarlarımız - Adil İsgəndərov və Rza Təhmasibin kursunda təhsil alıb. Tələbəlik illərindən istedadı, bacarığı ilə fərqlənən İlham Namiq Kamal ali təhsilini başa vurduqdan sonra müxtəlif teatrlarda bir-birindən maraqlı obrazlar qalereyası yaradıb. Sənətkar 1993-cü ildə “İlham” Miniatür Teatrını yaradıb. Direktoru və bədii rəhbəri olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışır. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

Xalq Artisti İlham Namiq Kamal bu gün də Azərbaycan teatr sənətinə yorulmadan xidmət göstərməkdədir.


Teqlər:





Xəbər lenti