`Ürəklə şəkil çəkən rəssam` Parisdə nümayiş olunacaq

Rejissor Ziya Şıxlinskinin Xalq Rəssamı Tahir Salahova həsr etdiyi “Ürəklə şəkil çəkən rəssam” sənədli filmi Parisdə keçiriləcək tədbirdə nümayiş olunacaq.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Tahir Salahovun 85 illik yubileyi münasibətilə təşkil ediləcək tədbirin 2014-cü ilin fevral-mart aylarında keçirilməsi nəzərdə tutulub.
Hazırda filmin fransız dilinə tərcüməsi üzərində iş gedir.
Teqlər: