Fələstin İsraildən təbii qaz alacaq

Fələstin İsraildən təbii qaz alacaq
  06 Yanvar 2014    Oxunub:1070
Razılaşmanın şərtlərinə əsasən İsraildən Fələstinə 4,75 milyard kubmetr təbii qaz idxal ediləcək.
Fələstin ilə İsrail arasında 20 illik təbii qaz razılaşması imzalanıb. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, razılaşmanın şərtlərinə əsasən İsraildən Fələstinə 4,75 milyard kubmetr təbii qaz idxal ediləcək. Fələstin hökumətinin energetika naziri Ömər Katana Qüdsdə imzalanan müqavilə və razılaşmanın təfərrüatları barədə ictimaiətə məlumat verib.

Nazir Katana təbii qaz idxalatının nə vaxt başlayacağı barəsində dəqiq bir söz deməsə də qərbi Şəriyənin şimalındakı Cenin elektrik stansiyasında yaxın zamanlarda təbii qazdan istifadə edilərək elektrik istehsalına başlayacağını bildirib.

Qeyd edək ki, təbii qaz üçün İsrail hökümətinə 1 milyard 200 milyon dollar ödənəcəyi bildirilib.

ANS PRESS


Teqlər:





Xəbər lenti