Almaniyadan Ağdaşa daha 530 baş cins inək gətirilib

Almaniyadan Ağdaşa daha 530 baş cins inək gətirilib
  06 Yanvar 2014    Oxunub:4255
Ağdaş rayonunda fəaliyyət göstərən “Türyançay “ fermer təsərrüfatının nəzdində müasir tipli heyvandarlıq kompleksinin tikintisi başa çatmaq üzrədir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki,, rayonun Ərəbocağı kəndində inşa olunan kompleksdə 2000 baş cins heyvanın bəslənilməsi nəzərdə tutulur. Ümumilikdə, 30 hektar ərazini əhatə edən kompleksdə beş böyük ferma, işçilər üçün evlər, ikimərtəbəli ofis binası, yem anbarı, nasosxana tikilmişdir. Hazırda isə yardımçı tikililərin inşası və ətraf ərazinin abadlaşdırılması istiqamətində işlər aparılır. Kompleksin tikintisinin bu ilin martında başa çatdırılması nəzərdə tutulur.

Ötən ilin avqustunda Macarıstandan Ağdaşa 400 baş ətlik və südlük mal-qara gətirilərək bu heyvandarlıq kompleksinin iki fermasında yerləşdirilib. Yerli və əcnəbi baytar həkimlərin və mütəxəssislərin səyi ilə həmin heyvanlar yerli şəraitə uyğunlaşdıraraq ötən 5 ay ərzində onlardan 350 baş sağlam bala alınıb.

Yanvarın 5-də Almaniyadan Ağdaşa daha 530 baş cins inək gətirilib. Hazırda heyvandarlıq kompleksində 1280 baş ətlik və südlük cins mal-qara bəslənilir. Bu ilin martında rayona yenə 400 baş inək gətirilməsi planlaşdırılır.

Ötən il 1000 hektar əraziyə yonca səpilmiş və lazımı qədər yem tədarük olunub. Əlavə olaraq, 500 hektar sahəyə yem üçün arpa və qarğıdalı səpilib.

Kompleksdə 110 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti