Şəkidə dəhşətli qəza

Şəkidə dəhşətli qəza
  06 Yanvar 2014    Oxunub:939
Şəkidə iki avtomobilin toqquşması nəticəsində yanğın baş verib: ölən və yaralanan var.
Şəki şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şəki şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili ilə digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili toqquşub.

Nəticədə birinci avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıb, ikinci avtomobilinin sürücüsü 1955-ci il təvəllüdlü Mustafayev Bəşarət Mustafa oğlu isə aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Hər iki sürücü vətəndaşlar tərəfindən avtomobillərdən çıxarılıb və aidiyyəti qurumlara təhvil veriliblər.

Hadisə zamanı baş vermiş yanğın nəticəsində birinci avtomobilin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti