Sərnişin qatarlarının hərəkəti bərpa olunub

Sərnişin qatarlarının hərəkəti bərpa olunub
  05 Yanvar 2014    Oxunub:1109
Hacıqabul rayonununda 7 vaqonun relsən çıxması ilə nəticələnən qəzadan sonra sərnişin qatarlarının reysə buraxılacağı gözlənilir.
Azərbaycan dəmir yolu xəttinin hər iki istiqamətində sərnişin qatarlarının hərəkəti bərpa olunub. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə yük qatarlarının hərəkəti səhər saat 7.10-da bərpa edilsə də sərnişin qatarlarının hərəkəti axşamüstü bərpa edilib. Hazırda hər iki istiqamətdə sərnişin qatarlarının reysə buraxılacağı gözlənilir.

Xatırladaq ki, yanvarın 3-ü gecə Hacıqabul rayonunun Qarasu qəsəbəsi ərazisində Bakı-Ucar istiqaməti ilə hərəkət edən 43 vaqondan ibarət yük qatarında qəza hadisəsi baş verib. Qəza nəticəsində 7 vaqon relsdən çıxıb. Benzinlə dolu çənin üst qapağından sızan yanacaq yanıb. Relsdən çıxan 62 ton yanacaqla dolu çəndən yolun kənarına yanacaq dağılıb. Benzinlə və dizel yanacağı ilə dolu çənlər, eləcə də digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti